Suya düşmüş iphone-u necə xilas etmək olar?
Artıq hamıya bəllidir ki, elektronika və su bir-biri ilə tərs münasibdir. Bu, kamera və musiqi pleyerləri kimi portativ (daşınabilən), şəxsi elektronik cihazlara, xüsusən də telefonlara daha çox aiddir. Belə ki, bir çoxları telefonu vanna otağında suya salır. İndiki smartfonlar elə universaldır ki, onlar təkcə telefon deyil, həmçinin kamera, musiqi pleyeri, personal kompyuter, video pleyer, veb brauzer rolunu da oynayır. Buna görə də mobil cihazı nəmdən, sudan qorumaq çox vacibdir. Lakin nə qədər diqqətli olsaq da, qəzalar baş verir.
Bəzi mərhəmətli telefon şirkətləri düzəltdikləri cihazlara hidroizolyasiya yerləşdirir. iPhone isə, həmişəki kimi, yenə də sudan “qorxan” telefon olaraq qalır və Apple şirkəti hətta ən son buraxılış olan iPhone 6, iPhone 6S və iPhone 6S Plus kimi modellərdə belə hidroizolyasiya yerləşdirməyib.
Düşünə bilərsiniz ki, telefon suya düşdüsə, yeni telefon almaqdan başqa çıxış yolunuz yoxdur. Bu heç də belə deyil. Suya düşmüş iPhone-u bir neçə üsulla xilas etmək mümkündür.
Nəzərinizə çatdırmaq istəyirik ki, bu təlimat artıq köhnəlmiş model iPhone 4s-dən tutmuş ən son model olan iPhone 6s Plus-a qədər istənilən növ iPhone telefonu üçün keçərlidir.
Birincisi, siz öz iPhone-zu Avirtel-in Apple Servisinə gətirirsinizsə, yalan deməyin - biz onsuz da problemi araşdırıb səbəbi təyin edə biləcəyik. Belə ki, iPhone-un içində 4 “Mayeyə düşmə göstəricisi” var ki, həmin göstəricilər su ilə təmasda çəhrayı rəngə dönür. Ona görə də əgər yalan danışsanız, biz başa düşəcəyik. Qulaqlığın telefona birləşən yerinə işıqda baxsanız, bu dairəvi sensorlardan biri görünür. Əgər aralasanız, dairə yarı çəhrayı, yarı ağ olacaq.
Suya düşmüş iPhone üçün heç də hər şey itirilmişdir demək deyil. Əgər siz öz iPhone-zu tamamilə suya salmısınızsa, heç bir halda onu cərəyana qoşaraq yandırmağa cəhd etməyin. Saç fenini də bir kənara qoyun.
Əvəzində telefonu işlək vəziyyətə qaytarmaq üçün aşağıdakı addımları atın. Birincisi, mayeni silin, portlarda və digər boşluqlarda su qalmasın deyə telefonu ehmalca silkələyin. Bütün yoxlanılmış üsullardan ən yaxşısı Silica gelidir. Bu geli yeni aldığınız çanta və ayaqqabı qutularında tapmaq olar. O, mayeni özünə çox yaxşı hopduran bir maddədir. Əgər kamera və ya digər texniki avadanlığınızı saxlamaq üçün bu qutuları saxlamısınızsa, bu geldən sizin evinizdə var, əks halda siz onu elektronika mağazalarından da əldə edə bilərsiniz.
Daha sonra iPhone-u Silica gel paketləri ilə əhatələnmiş halda ağzı bağlı plastik bir qaba yerləşdirin və onu quru bir yerdə 3 gün saxlayın (məsələn, şkafın içində). Əgər bu müddət ərzində öz telefonunuz üçün darıxsanız, SIM-nizi müvəqqəti bir telefona salıb işlədə bilərsiniz. Telefonu bağlı saxlamaqla siz onun içindəki mayenin tam çıxmasına yardım etmiş olacaqsınız.
Əgər Silica gelini tez bir zamanda tapa bilməsəniz, iPhone-u təcili çiy düyü ilə dolu bir qabın içinə yerləşdirin. Düyü həmin müddət ərzində telefonu mümkün qədər quru saxlayacaq. Silica gelini əldə edən kimi iPhone-u gel ilə dolu qaba qoyun.
Ən sonda isə iPhone-unuzu kompyuterinizə qoşun və tam olaraq işlək vəziyyətə gətirin. Bu addım sizə iPhonu-zu suya salmazdan əvvəlki vəziyyətinə gətirməyə kömək edəcək.
Əgər problem həll olunmazsa, bizimlə 176 nömrəsi ilə əlaqə saxlayın və ya Bakı şəhəri, M.Araz 50C ünvanında yerləşən Apple Servis Mərkəzimizə gəlin.