Uğurlarımız
Avirtel telekommunikasiya və informasiya texnologiyaları sahəsindəki uğurları, innovativ həlləri və yüksək xidmət keyfiyyəti ilə seçilir. Şirkət ardıcıl iki il “İlin İnternet Provayderi” adına layiq görülmüş, Toll Free xidmətinin uğurlu tətbiqinə görə “Brand Award”, “Azeri Business Award”, “Qızıl Buta” və “Qız Qalası” mükafatları ilə təltif olunmuşdur. Avirtel, həmçinin “Millinet” müsabiqəsinin qalibi olmuş, “Bakutel” sərgisində “Ən füsunkar stend” mükafatını qazanmışdır.
Avirtel dövlət və özəl sektor üçün rəqəmsal xidmətlər, sistem inteqrasiyası, kompleks İT həlləri, yüksək sürətli internet, IPTV və korporativ telekommunikasiya xidmətləri təqdim edir. Şirkət müasir texnologiyaları peşəkar təcrübə ilə birləşdirərək etibarlı infrastrukturun qurulmasına, rəqəmsal transformasiyaya və Azərbaycanın texnoloji inkişafına töhfə verir.
