FAQ
1) Fiber Optika xidməti nədir?
Fiber Optika xidməti internetə daxil olma vasitələrinin ən yenilərindəndir və onun istifadəsi daha uzaq məsafələrə daha sürətli məlumat ötürülməsini təmin edir.
2) Xidmətə qoşulmaq üçün nə etmək lazımdır?
Şirkətimizin http://avirtel.az/ vebsaytında onlayn müraciət edərək, baş ofisə yaxınlaşaraq və ya regional nümayəndələrimizə müraciət edərək xidmətə qoşulmaq olar.
3) Xidmətə qoşulmaq üçün hansı sənədlər tələb olunur?
Fiziki şəxslər üçün stasionar telefon nömrəsi kimin adınadırsa onun şəxsiyyətini təsdiq edən sənəd və müqavilə bağlamağa gələn şəxsin sənədi, hüquqi şəxslər üçün şirkətin rəsmi məlumatları tələb olunur və müqaviləyə imza atacaq vəzifəli şəxsin imzası və şirkət möhürü. Bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
4) Qoşulma haqqı nə qədərdir?
Fiber optika xidmətinin qoşulması 10 AZN-dir.
5) Qoşulma neçə gün ərzində həyata keçirilir?
Qoşulma 2 iş günü ərzində həyata keçirilir.
6) Xidmət haqqını nə zaman ödəməliyəm?
Birinci ay üçün xidmət haqqı qoşulma zamanı həyata keçirilir, növbəti aylarda isə hər cari ayın 3-dək həyata keçirilir.
7) Xidmət haqqını hansı vasitələrlə ödəyə bilərəm?
Xidmət haqqını İnternet, ödəniş terminalları (pay point), bank, Müştəri Xidmətləri, diler məntəqələri və ödəniş kartları vasitəsi ilə ödəmək olar.
8) Müştəri xidmətləri ilə necə əlaqə saxlaya bilərəm?
Müştəri xidmətlərimizlə Bakı və bütün mobil operatorlardan birbaşa 176, digər regionlardan isə 012 176 yığmaqla 24/7 əlaqə saxlamaq olar. Eynilə şirkətimizin http://avirtel.az/ vebsaytında onlayn müraciət edərək Müştəri xidmətləri ilə əlaqə saxlamaq olar.
9) Ödəmə məntəqələriniz hansılardır?
Abunəçi Avirtel ofisinə (Nərimanov r., M.Araz küç.50C), regionlardakı nümayəndəliklərimizə yaxınlaşaraq və ya İnternet ödəmə sistemləri vasitəsilə (məsələn, Goldenpay, Azericard, Portmanat və s.) ödəniş edə bilər.
10) Qabaqcadan ödəniş zamanı güzəşt olurmu?
Güzəştlər kampaniyalar dövründə mövcud olur. Bunun üçün bizim http://avirtel.az/ vebsaytını izləyin.
11) Static IP nə deməkdir?
Static İP dəyişilməyən ünvan deməkdir. Adətən internet istifadəçiləri dinamik İP-dən istifadə edir. Bu zaman internetə hər daxil olub-çıxdıqda istifadəçinin İP ünvanı dəyişir. Bu isə statistik rəqəmlərlə çalışan, eləcə də nəzarət kameraları quraşdırmış istifadəçilərin işinə yaramır. Dinamik İP-dən fərqli olaraq Statik İP-də İP ünvanı dəyişməz qalır.
12) Statik İP-nin aylıq abunə haqqı nə qədərdir?
Statik İP ünvanın aylıq abunə haqqı 5 AZN-dir.
13) Tarifi necə dəyişmək olar?
Abunəçi özü şəxsiyyətini təsdiq edən sənədlə Avirtel-in ofisinə və ya regional nümayəndəmizə yaxınlaşmalı və ya online müraciət edərək tarifini dəyişdirə bilər . Abunəçinin balansı yeni tarif planına uyğun məbləğə çatdırılanadək tamamlanmalıdır.
14) Login və parolumu necə öyrənə bilərəm?
Login abunəçinin qeyd etdiyi hər hansı rəqəmlər (7 rəqəm), parol isə abunə müqaviləsində göstərilir.
15) "Trafik" dedikdə nə nəzərdə tutulur?
Trafik dedikdə daxil olan və ötürülən istənilən növ məlumat nəzərdə tutulur. Belə ki,sizin kompyuterinizin internetdən qəbul etdiyi və ötürdüyü bütün internet səhifələri, şəkillər, elektron poçt, xidməti məlumatlar trafikə daxildir.
16) Abunəçi balansını (balansında nə qədər pul olmasını) necə yoxlaya bilər?
Abunəçi Avirtel vebsaytında olan Şəxsi kabinet vasitəsi ilə və ya 176 Qaynar xəttinə zəng etməklə balansını yoxlaya bilər.
17) Bir müddətlik internetdən istifadə etməyəcəm. İnterneti müvəqqəti dondura bilərəmmi?
Bəli, İnternet xəttini müvəqqəti dondurmaq üçün 1 ay öncədən onlayn sorğu göndərmək, birbaşa ofisə və ya regional nümayəndələrimizə müraciət etmək olar.
18) İnterneti müvəqqəti dondurma müddəti neçə ay olur və ödənişi nə qədərdir?
İl ərzində interneti dondurmanın maksimum müddəti 3 aydır və hər ay üçün 3 AZN təşkil edir.
19) Müvəqqəti dondurulumuş interneti bərpa etmək üçün nə etmək lazımdır?
İnternet xəttini bərpa etmək üçün sadəcə tarifinizə uyğun aylıq ödəniş haqqını ödəməyiniz kifayətdir.
20) Avirtel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün nə etmək lazımdır?
Avirtel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün Avirtel-in ofisinə və ya regional nümayəndəliyə yaxınlaşaraq 1 ay oncədən ərizə ilə müraciət etmək lazımdır.
21) DNS serverləriniz hansılardır?
85.132.54.10 85.132.55.10 85.132.56.10
22) Modemdə bütün işıqlar yanır amma internet işləmir. Modemdə internet var, lakin kompyuterimdə yoxdur. Bu problem nə ilə əlaqəlidir?
Problem sizin şəbəkə kartı, veb brauzer və ya digər amillərlə əlaqədar ola bilər. Bu problemlə bağlı provayder hər hansı məsuliyyət daşımır.
23) WiFi bağlantısı işləmir? Bu problem nə ilə əlaqədar ola bilər?
Kompyuterdə WiFi avadanlığının qoşulu olub-olmamasını bilmək lazımdır.Çünki WiFi avadanlıqdan asılı olaraq üzərindəki fiziki düymə və ya əməliyyat sisteminin özündən söndürülmüş ola bilər. Əgər wireless avadanlığının qoşulu olduğundan əminsinizsə, onda sistemdən wireless axtarış etmək lazımdır. Modeminizin WiFi axtarış siyahısında tapıb qoşulmaq lazımdır.Bu zaman şifrə tələb edərsə təhlükəsizlik şifrənizi daxil edirsiniz. Əgər şifrə ilə problem yaranarsa, bizə müraciət etməyiniz xahiş olunur.
24) Modemi dəyişdim və yenidən quraşdırdım, lakin internet işığı yanmır.
Bu halda modemə yeni MAC təyin edilməlidir və operator tərəfindən köhnə MAC yenilənməlidir.
25) IP ünvanımı necə öyrənə bilərəm?
IP ünvanını modemin interface-inden öyrənə bilərsiniz.