FAQ
Öz Apple cihazımı sizin Apple Servis Mərkəzinizdə necə təmir etdirə bilərəm?
Əgər sizin Apple cihazınızda hər hansı bir problem varsa, siz iCihazınızı Avirtel-in Bakı şəh., M.Araz 50C ünvanında yerləşən ofisinə gətirə və ya 176 qaynar xətti vasitəsilə əlaqə qura bilərsiniz.
Siz hansı təmir xidmətlərini göstərirsiniz?
Biz bütün Apple məhsulları üçün mövcud olan təmir xidmətlərini həyata keçiririk. Əgər sizin cihazınızda aşağıdakı problemlər varsa, təmir üçün bizə müraciət edin: 1. Ekran sınıb; 2. Batareya ilə problem yaranıb; 3. Çox ağır işləyir; 4. Suya düşüb, sonra isə müxtəlif problemlər meydana çıxıb; 5. Bir və ya bir neçə düymə işləmir; 6. Touch ID işləmir;
Təmir müddəti nə qədərdir?
Ekranda olan zədələrin aradan qaldırılması üçün adətən 1 saatdan daha az vaxt tələb olunur. Ciddi problemlər isə 14 iş günü müddətində təmir olunur.
Təmir müddətində məlumatlar yaddaşda saxlanılacaq?
Avirtel buna zəmanət vermir. Ona görə də, təmirə gətirməzdən əvvəl məlumatlarınızı iCihazdan digər bir daşıyıcıya köçürməyi tövsiyə edirik.
Diaqnoz dedikdə nə nəzərdə tutursunuz?
Diaqnoz sizin iCihazınızda olan problemin dəqiq təyin olunmasıdır.
Diaqnoz pulunu nə zaman ödəməliyəm?
Yalnız müştəri öz təşəbbüsü ilə cihazını təmir etməkdən imtina edərsə diaqnoz pulu ödənilir.
Cihazı təmir etdirsəm məndən əlavə diaqnoz pulu alınacaq?
Xeyr, bu halda müştəridən diaqnoz pulu alınmır.
İstifadə olunan bütün hissələr orijinaldır?
Bəli, təmir zamanı biz yalnız orijinal ehtiyat hissələrdən istifadə edirik.
Siz neçə aylıq zəmanət verirsiniz?
Biz təmir zamanı istifadə olunan ehtiyat hissələrinə 3 ay zəmanət veriririk.
iCloud nədir?
iCloud iPhone-da saxlanılan bütün məlumatların aktuallığını və təhlükəsizliyini təmin edir. Eyni zamanda, sizə bütün iCihazlarınızdan həmin məlumatları əldə etmək üçün imkan yaradır.
Telefonda işıqlanma zəifdir.
Ekranda və ya ekrana cavabdeh mikrosxemlərdə problem vardır.
iCihazda lazım olmayan tətbiqləri necə silə bilərəm?
Ayarlar→əsas→statistika→yaddaş→silmək. Ayarlar→Safari→Saytın məlumat tarixçəsini silmək.
Ekranın işığı sönüb, amma zəngləri qəbul edə bilirəm. Problem nə ilə bağlı ola bilər?
Problem bir sıra səbəblərlə əlaqədar ola bilər. Məs: ekran və yaxud ekrana baxan mikrosxemlər. Yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
iCihazda məlumatların bərpası mümkündürmü?
Əgər iCihaz format olunmayıbsa, 75 % məlumatları bərpa etmək mümkündür.
Telefonda mikrofon işləmir. Bu problem nə ilə əlaqədar ola bilər?
Bu problem telefonun modemində, prosessorunda, lentində, cərəyan oyuğunda və s. də olan nasazlıqlar səbəbindən baş verə bilər. Yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
Modemin təmiri mümkündür, yoxsa dəyişmək lazımdır?
Təmiri mümkündür.
Ön kamera işləmir. Bu nə ilə bağlı ola bilər?
Kameraya baxan mikrosxemdə və yaxud lentdə problem ola bilər. Yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
On/Off lentin təmiri mümkündürmü?
Bəli, lent təmir oluna və ya yenisi ilə əvəzlənə bilər. Yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
Telefon qoşulmur. Problem nə ilə əlaqədar ola bilər?
Bu problem suya düşdükdə, enerji yığımında çox qaldıqda, zərbə ilə sərt yerə düşdükdə və s. hallarda yaranır. Yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
Şəbəkə tutmur. Bu problem hansı hallarda baş verir?
Bu problem ilkin olaraq telefon qeydiyyatdan keçmədikdə, modemdə problem olduqda və s. hallarda baş verir. Yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
Ekran sınıb, amma sensor işləyir. Bu halda hər ikisi təmir olunmalıdır?
iPhone-un ekranı sınıbsa, bu halda həm ekran, həm də sensor birlikdə dəyişilməlidir. iPad-in ekranı və sensorunu isə ayrı-ayrılıqda dəyişmək olar.
iCizah suya düşüb.
Yalnız mütəxəssislərimiz tərəfindən diaqnostika aparıldıqdan sonra problemi təyin edib, həll yolu təklif oluna bilər.
Mikrosxemin təmiri mümkündürmü?
Xeyr, mikrosxemin təmiri mümkün deyil.
Ekranın ID düyməsi dəyişdilib, indi isə error 53 göstərir. Siz təmir edə bilərsiniz?
Telefonunuzda original touch ID qoyulubsa, təmir mümkündür, əks halda təmir etmək mümkün olmayacaq.
Telefon suya düşdü - qırmızı göstərir və ekranda problemin olması barədə bir mesaj çıxır.
Prosessorla bağlı olduğu üçün əksər hallarda bu tipli problemlərin həlli mümkünsüzdür. Lakin istənilən halda yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
Proqram təminatının yenilənməsi zamanı proses tamamlanmır, yarımçıq qalır. Bu problem nə ilə əlaqədar ola bilər?
Bu problem ana plata ilə bağlı ola bilər. Əksər hallarda təmir etmək mümkün olmur və platanı dəyişmək lazım gəlir. Lakin istənilən halda yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
Sınmış iPhone məlumatlarını geri qaytarmaq mümkündürmü?
Əgər telefon format olunmayıbsa, məlumatları bərpa etmək mümkündür, əks halda məlumatları geri qaytarmaq mümkün olmur. Lakin istənilən halda yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
iPhone yerə düşdü, ekrandan əlavə platada da çat əmələ gəlib. Təmir edə bilərsinizmi?
Belə halda plata təmir olunmur və dəyişilməlidir. Lakin istənilən halda yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
iCihaz-ım arada isinir. Problem nə ilə əlaqədar ola bilər?
iCihazi fasiləsiz olaraq istifadə etdikdə qızma prosesi baş verir. Buna görə də fasilələrlə işlətmək tövsiyə olunur.
iPhone enerji yığdıqdan sonra ekranda belə bir mesaj çıxır - iCloud-u yeniləyin.
Telefon tam olaraq enerji yığdıqda iCloud yenilənir. Yaddaşdan asılı olaraq iCloud-a məlumatların ötürülməsi müxtəlif zamanlarda tamamlana bilər. Məlumat tam ötürülmədən cihazı elektrik enerjisindən ayırdıqda bu bildiriş ekrana çıxır.
iCloud hansı müddətdən bir yenilənməlidir?
Telefon Wi-Fi rejimində hər şarja qoyulduğu zaman avtomatik olaraq yenilənir.
iPhone ekranında Error 9 mesajı meydana çıxır.
Yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
iPad-da sensor və ekran ayrı-ayrılıqda təmir olunur?
iPad-də ekran və sensor ayrı-ayrılıqda təmir olunur. Yalnız iPad Air 2 modelində ekran və sensor birlikdə təmir olunur.
iCihazda batareya hansı səbəbdən enerjini saxlamaya bilər?
Enerji yığımı mikrosxemindəki problemlə əlaqədar ola bilər. Dəqiq problemi diaqnostikadan sonra təyin etmək olar.
iPhone korpusun origjinal olub-olmamağını necə təyin etmək olar?
Orijinal olmayan korpusda şəbəkə çox pis işləyir.
Ekrana Error 53 mesajı çıxır.
Bu mesaj bir sıra səbəblərdən meydana çıxa bilər. Telefon suya düşdükdən sonra çıxırsa, nasazlığı həll edə bilərik. Telefonda barmaq izi və ya joystik dəyişilibsə problemi həll etmək mümkün deyil.
Qırmızı ekran hansı səbəbdən yarana bilər?
Yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.
Göy ekran hansı səbəbdən yarana bilər?
Bu problem iPhone 5S və ya iPhone 6-da yaranır. Problem ya prosessor ya da flash mikrosxemi ilə əlaqədardır. İstənilən halda yalnız iCihaza mütəxəssislərimiz tərəfindən baxış keçirildikdən sonra dəqiq diaqnoz qoyula bilər.