Toll Free 088 prefiksli telefon xidmətidir. Toll Free nömrələrə zəng edənlər təşkilatlar və yaxud fərdi şəxlərlə tamamilə pulsuz əlaqə qura bilər. Toll Free nömrəsindən istifadəyə görə ödəniş zəng edən tərəfindən deyil, Toll Free abonenti tərəfindən edilir. Toll Free zənglər sizin iş və yaxud şəxsi telefonunuza gələ bilər.
Xidmət 088 prefiksi və 7 rəqəmli nömrə (və ya hərflər) vasitəsilə ölkə daxili və ölkə xarici telefon çıxışına malikdir. Toll Free xidməti istifadəçilərin dəstək, sifariş, tədqiqat xidməti, prosessinq mərkəzi, regional nümayəndəliklərin və əməkdaşların işinin idarə olunmasında istifadə oluna bilər.
Toll Free nömrələrinini digər üstünlüyü ondan ibarətdir ki, o, hər yerdə Sizinlə birlikdə olur. Belə ki, Siz ünvanınızı dəyişib Azərbaycanın istənilən yerinə köçdükdə Sizin Toll Free nömrəniz dəyişməz qalır və Siz ondan gedəcəyiniz yerdə də rahatlıqla istifadə edə bilirsiniz. Bundan əlavə, müəssisənizin mərkəzi ofis və filialları eyni Toll Free nömrəsindən istifadə edə bilərlər və filiallar zaman və məkan müxtəlifliyindən əziyyət çəkmədən vahid müştəri xidməti xətti yarada bilər.
Toll Free xidməti uğurlu marketinq və reklam strategiyası üçün lazım olan əsas elementlərdən biridir. Bu xidmət şirkətlərə peşəkar imic yaratmağa yardım edir və cavabsız zənglərin qarşısını alır.