Şirkət haqqında
TELDOR şirkəti telekommunikasiya sistemləri, elektronika və energetika, kimya və neft-kimya sənayesi, istehsalat proseslərini idarəetmə sistemləri üçün geniş çeşidli kabel və naqillər təklif edir, yüksəksürətli yerli şəbəkə kabellərinin və 1500 MHZ tezlikli kabellərin işlənməsi və istehsalında aparıcı rol oynayır.
25 000-də daha artıq növdə kabel və naqillər
- Yerli şəbəkə kabelləri, kompyuterlər və verilənlərin ötürülməsi üçün kabellər
- Fiber-optik və hibrid kabellər
- Sənaye şinləri və İndustrial Ethernet şəbəkələri üçün kabellər
- Aləti kabellər, termobuxar və texnoloji proseslərin idarəolunması sistemləri üçün kabellər
- Yüksək keyfiyyətli koaksial kabellər
- Mikrofon kabelləri və audiotezlik siqnallarının ötürülməsi üçün kabellər
- Telefon kabelləri və kommutasiya panellər üçün kabellər
- Elektron və kontrol kabellər
- Energetik və işıqlandırıcı kabellər
- Parlaq kabellər (Highlight seriyası)
- Sifarişlə xüsusi kabellər
- Layihə-dizayn və konsultasiya xidmətləri
Verilənlərin ötürülməsi üçün olan kabellər barədə məlumat
TELDOR şirkəti verilənlərin ötürülməsi (yerli şəbəkə kabelləri) üçün aşağıdakı kabel seriyalarını təklif edir:
“Basic solution” seriyası: horizontal və patç kabellər, kat.5e, 100 MHZ
“Giga-star solution” seriyası: horizontal və patç kabellər, kat. 6, 250MHZ və kat. 6а, 500MHZ
“Giga Solution” seriyası: horizontal və patç kabellər, кат. 7, 600MHZ.
“Hi-Giga Solution” seriyası: horizontal kabellər, kat.7a, 1000 MHZ
“Tera Solution” seriyası: horizontal kabellər, kat.8, 1500 MHZ
Kabellərin əksəriyyəti binaların daxilinə və xaricinə çəkilmək üçün, həmçinin ekstremal temperaturda istismar üçün olan müxtəlif üzlüklü materiallar ilə təqdim olunur. Kabellərin parametrləri standartlara əsasən normal olan, montajdan sonrakı stabil fəaliyyəti təmin edən göstəricilərdən daha üstündür.
Istehsalat kabelləri barədə məlumat
49 il ərzində Teldor şirkəti israil neft-kimya və emal sənayesi üçün əsas təchizatçıdır və maksimum müxtəlifliyi təmin edir.
DIN/VDE standartının tələblərinə müvafiq aləti və yoxlama kabelləri:
Istehsalat prosesi idarəetmə sistemləri üçün təyin olunan və DİN/VDE standartlarına müvafiq olan analoq və rəqəmsal siqnalların ötürülməsi üçün aləti kabellər.
Yerli və magistral şəbəkələr üçün fiber optik kabellər barədə məlumat
- Yerli şəbəkələrin çərçivəsində istifadə üçün işlənmiş Teldor fiber optik kabeli səsin, məlumatın və videonun ötürülməsi üçün mövcud sürətlər üçün, eləcə də gələcəkdə olacaq sürətləri üçün nəzərdə tutulub.
- Yerli şəbəkələr üçün olan Teldor fiber optik kabeli EIA/TIA-455, IEC 332-3, IEC 754-2, IEC 793 və IEC 794 kimi əsas beynəlxalq standartların tələblərinə əsasən istehsal olunur və sınaqdan keçirilir.
- Bu seriyanın kabelləri həmçinin Bellcore GR-409-CORE və GR-20-CORE standartlarının tələblərinə cavab verir; bundan əlavə, ETL laboratoriyası onların aşağıdakı standartların tələblərinə cavab verdiyini rəsmən təsdiqləyib: IEC 332-3C, ANSI/NFPA 70, NEC 770-53 və CSA C22.2.
FO magistral kabeli (ümumi məlumat)
- Müasir telefon şəbəkələri çərçivəsində çoxservisli proqramlar və böyük məsafələrə kabel çəkmək məqsədilə etibarlı bir kabel ilə tələblərə cavab vermək üçün Teldor şirkəti kabel kanalizasiyasına, yerin altına, eləcə də hava ilə kabel çəkmək üçün modul tipli kabel seriyasını hazırlayıb.
- Birmodullu kabel az sayda fiber istifadə olunan proqramlar üçün, eləcə də dayaqlar arasında məsafə 100 m-dən çox olmadığı təqdirdə havadan çəkilməsi üçün optimallaşdırılmışdır.
- Çoxmodullu kabel çox sayda fiberləri qarışdırır və müvafiq standartların tələblərindən daha artıq yaxşılaşdırılmış mexaniki, istismari və optik xarakteristikaları vardır.
- Bu seriya dalğalı polad zireh və dielektrik zirehlə təqdim olunur.
Gəmi və dəniz neft-qaz obyektləri üçün kabellər barədə məlumat
Dəniz gəmiləri, gəmiqayırma zavodları, qazıma qurğuları, gəmilər və neft-qaz infrastrukturu çətin şərtlər altında istismar olunur . O, həm insanlar, həm də ətraf mühit üçün təhlükəsizliyi təmin etməlidir. Layihələrin texniki çətinliyi, investisiya və mümkün risklərin nisbəti, maksimum təhlükəsizliyə tələbat məsuliyyətli zavodlar üçün avadanlıqların standartlaşdırılmasına ehtiyac yaradır. DNV-GL və ABS kimi kateqoriyalı cəmiyyətlər avadanlıq və materiallara müvafiq standartlar hazırlayır. Standartlar nəzarətin layihələşdirilməsi, quraşdırılması və sırasını tənzimləyir.
Bu təşkilatların icazə sənədləri və sertifikatlarını sığortaçı, gəmi düzəldənlər, neft-qaz sənayesinin digər təchizatçı və operatorların şirkətlərinin tələblərinə əsasən təqdim etmək lazımdır.
Faktiki olaraq belə sahələrdə tətbiq oluna bilən bütün infrastruktur və komponentlər, o cümlədən kabellər bu təşkilatların tələblərinə cavab verməlidir.
Teldor DNV и ABS standartlarına müvafiq olan aşağıdakı kabelləri istehsal edir:
- Fiber optik kabellər
- Məlumatların ötürülməsi LAN kabelləri
- Sistemə nəzarət və idarəetmə kabelləri
- BUS istehsalat sistemləri kabelləri
Verilən kabellər neft-qaz və dəniz sənayesinin tələblərinə cavab verir və ən geniş şəkildə icra olunur, kabelləşmənin bütün tələblərinə cavab verir – yanğının yayılmaması, odadavamlı, zirehli (polad fiberdən toxunmuş(SBA), polad lentlə büzülmüş (CSA), polad fiberlə (SWA), bürünc fiberli və s.), kimyəvi birləşmələrə və palçığa davamlı (MUD).
Dəniz kabellərinin ən mühüm xüsusiyyətləri:
- Yanğınadavamlı (yanğının yayılmaması)
- Odadavamlı
- Tüstüayırma, zəhərli və halogen qazlar
- Kabellərin əyilməyə davamlılığı
- Ötürmənin xarakteristikası
- Mexaniki möhkəmlik və müdafiə
- Kimyəvi maddələrə, neft məhsullarına, dəniz suyuna və palçıq məhluluna davamlılıq (NEK 606)