AvirSoft
Avirtel-in proqram həlləri ilə yenilənin!
Biznes Proseslərinin İdarəedilməsi Proqramı (BPMS) Avirtel-in istehsal etdiyi alətlərdən istifadə edərək ağıllı icra olunan idarəetmə strategiyasıdır. Bu proqramda istifadə olunan alətlər təşkilatın idarəçilərinə sistemdəki bütün prosesləri və hadisələri izləməyə, lazım olduqda idarə etməyə yardım edir. Bu sistemin təmin etdiyi hesabatlar təşkilatın strateji qərarlarının həyata keçirilməsində istifadə oluna bilər. BPMS tələbat, istehsal, alış və satış kimi müxtəlif biznes proseslərdə maneələri təyin edir və bu maneələri aradan qaldırmaq üçün rəhbərliyə müəyyən məlumatlar verir. Üstün parametrlər, dəyişmə imkanı, çoxdilli xüsusiyyətlərinə görə proqramın istənilən bir şirkətdə ağıllı biznes proseslərinin qurulması üçün istifadəsi və quraşdırılması çox sadədir.