FAQ
Veb təhlükəsizlik və filterinq nə deməkdir?
Veb filter açılan səhifənin istifadəçiyə göstərilib-göstərilməməsini təyin edən proqramdır. Filter veb səhifənin məzmununu onu quraşdıranın qaydalarına uyğun gəlib-gəlmədiyini yoxlayır. Veb filter şirkətlərə və ya fərdi şəxslərə reklam, pornoqrafik məzmun, virus və s.məzmunlu saytları blok etməyə imkan yaradır.
AvirDNS Veb filterinq nə üçün lazımdır?
Avirtel-in təqdim etdiyi Veb filter iş prosesində yayınmaların qarşısını alır, zərərli proqramlardan müdafiə edir, motivasiyanı artırır, geriləmənin qarşısını alır.
Hansı növ Veb filterlər mövcuddur?
Avirtel-in təqdim etdiyi əsas veb filter paketləri bunlardır: Şirkət; Təhsil; Ev