FAQ
1) SHDSL nə deməkdir?
Simmetrik yüksək sürətli rəqəmsal abunəçi xətti məlumatın cüt mis naqil üzərindən ötürülməsi məqsədilə yaradılmışdır.
SHDSL texnologiyası məlumatı simmetrik olaraq elə ötürür ki, istifadəçilər həm yükləmə, həm də ötürmə zamanı eyni ötürülmə sürətini əldə edir.
2) SHDSL ADSL-dən nə ilə fərqlənir?
ADSL-dn fərqli olaraq, istifadəçilər həm yükləmə, həm də ötürmə zamanı eyni ötürülmə sürətini əldə edir.
3) SHDSL modemi ADSL modemindən fərqlidirmi?
Bəli SHDSL modemi ADSL modemindən fərqlənir.
4) SHDSL hansı sürəti verə bilər?
SHDSL ilə 30 Mbit/s-a qədər sürət əldə etmək olar
5) SHDSL-in sürəti hansı amillərdən asılı ola bilər?
Sürət bir neçə amildən asılı ola bilər - SHDSL modemin növündən (modem neçə xətt dəstəkləyir), kabel xəttinin uzunluğundan, kabel xəttinin keyfiyyətindən və s.