Toll Free xidməti müvəffəqiyyətli marketinq və reklam strategiyasının əsas elementi olub, bütün dünyada milyonlarla biznes subyektləri tərəfindən geniş istifadə olunmaqdadır. Bu xidmət zəng edənin heç bir haqq ödəmədən Azərbaycanın istənilən yerindən Sizin müəssisənizlə əlaqə saxlamasına imkan verir və Sizi ölkənin müxtəlif regionları üçün müxtəlif telefon nömrələri etmək qayğısından azad edir. Xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, abunəçi öz müəssisəsinin adından və ya fəaliyyət göstərdiyi biznes sahəsinin adından ibarət olan xüsusi Toll Free nömrəsi əldə edə bilər.
 |
Məsələn, «Avirtel» MMC 088-AVİRTEL nömrəsi götürə bilər. Bu nömrələr istənilən növ reklam kampaniyası vasitəsilə Sizin yerli səviyyədə satdığınız məhsulun (göstərdiyiniz xidmətin) ad tanıtımını təmin edəcəkdir. Toll Free nömrələrnini digər üstünlüyü ondan ibarətdir ki, o daim Sizinlə birlikdə «hərəkət edir». Belə ki, Siz ünvanınızı dəyişib Azərbaycanın istənilən yerinə köçdükdə Sizin Toll Free nömrəniz dəyişməz qalır və Siz ondan gedəcəyiniz yerdə də rahatlıqla istifadə edə biləcəksiniz. Müəssisənizin mərkəzi ofis və filialları eyni Toll Free nömrəsindən də istifadə edə bilərlər və filialların zaman və məkan müxtəlifliyindən əziyyət çəkmədən vahid müştəri xidməti xətti yarada bilər.
«Aztelekom»un billinq sistemi ilə qarşılıqlı əlaqədə olan AvirTel öz müştərilərini Toll Free nömrələrinə edilən zənglər barədə daha dolğun informasiya ilə təmin etmək imkanındadır. Bu informasiyalar Sizin marketinq siyasətinizin doğru sektoru hədəflədiyini müəyyən etməkdə strateji tədqiqat alətiniz ola bilər. 088 Toll Free xidmətinə qoşulan şirkətlərə bu xidmət üçün nəzərdə tutulmuş saytda müvafiq adda e-mail açılacaq. Toll Free xidmətinə qoşulmaqla Siz gələcəkdə AvirTel-in təqdim edəcəyi əlavə xidmətlərdən istifadə etmək imkanı əldə etmiş olacaqsınız. Biz «AvirTel» MMC olaraq Toll Free xidmətini Azərbaycanda ilk dəfə təqdim etməkdən qürur hissi duyuruq.
Vaxt itirməyin! Elə bu gün abunə olun! Xüsusi adlardan ibarət olan nömrələr abunə olmadan saxlanıla bilməz və gec müraciət etdikdə həmin nömrələr götürülmüş ola bilər. Toll Free nömrələri İctimai Mülkiyyətdədir və AvirTel bu nömrələri heç kim üçün ehtiyyatda saxlaya bilməz. Xahiş edirik istədiyiniz nömrələr üçün hər kəsdən öncə müraciət edəsiniz. Çünki bütün Toll Free nömrələri «İlk Gələnə İlk Xidmət» devizi əsasında təyin edilir.
Ətraflı məlumat üçün
www.088tollfree.com veb saytını ziyarət edin |