Abşeron telefon şəbəkəsində 442 indeksli nömrələrin NGN şəbəkəsinə keçirilməsi ilə əlaqədar olaraq İnternet xidmətlərinin gösətilməsində 07.04.2009- 15.04.2009-cu il tarixlərində boşdayanmalar olacaqdır.
Nəzərə almağınızı xahiş edirik.
Müvəqqəti narahatçılığa görə üzr istəyirik.
19 Mart 2009 Hörmətli abunəçilər
Nəzərinizə çatdırırıq ki, Novruz Bayramı ilə əlaqədar olaraq Mart ayının 20 və 21-i tarixlərində AvirTel MMC işləməyəcəkdir . Mart ayının 22-dən etibarən 24 saatlıq tam iş rejimi yenidən bərpa olunacaqdır.
Hər birinizə gözəl bayram və xoş istirahət arzulayırıq.
18 Fevral, 2009 AvirTel MMC Qran-Pri mükafatına layiq görüldü
Fevralın 18-də beynəlxalq Ticarət Mərkəzində keçirilən “I Brand Award” Mükafatının Təqdimetmə mərasimində AvirTel MMC İnternet Rabitə xidmətlərin sahəsində əldə
etdiyi nailiyyətlərə görə Qran Pri mükafatı ilə təltif edildi. Mükafatı AvirTel MMC-nin Baş Direktoru İ. Şabani qəbul etdi.
Eyni zamanda AvirTel Toll Free xidmətinə görə də mükafat aldı. Bu xidmət ilin Brendi nominasiyasında qalib gəldi.
Qeyd edək ki, səsvermə 15 may 2008-ci il 10 yanvar 2009-cu il periodunda 50 ölkədən olan 5 mindən çox respondent arasında onlayn rejimdə həyata keçirilmişdir. AvirTel şirkətinin də təltif edildiyi Qran Pri mükafarı rekord sayda səs toplayan 5 şirkətə təqdim edilmişdir.
Bu münasibətlə AvirTel əməkdaşlarını və bütün abunəçilərimizi ürəkdən təbrik edirik.
01 Fevral, 2009 Yüksək keyfiyyət, sərfəli qiymət, əla sürət!
AvirTel MMC Limitli və Limitsiz ADSL tariflərinin qiymətlərini yenə də aşağı saldı. Artıq hər kəs yüksək sürətli ADSL internetindən istifadə edə biləcək. Tariflər haqqında daha ətraflı.
31 Dekabr, 2008 AvirTel MMC bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir.
Bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Hər zaman işlərinizdə müvəffəqiyyətlər aruzlayırıq. Sizlərə can sağlığı, uzun ömür və xöşbəxtlik arzulayırıq.
20 Dekabr, 2008 AvirTel MMC Dial Up istifadəçilərinin nəzərinə!
AvirTel İnternet kartı ilə qoşulma üçün artıq yeni bir qoşulma nömrəsi mövcuddur. İndi siz 176 və 498 66 76 prefiksləri ilə yanaşı 449 48 69 prefiksini yığmaqla da dial up internetə çıxış əldə edəcəksiniz.
Qeyd edək ki, AvirTel artıq 2 aydır ki, 10+1 kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hər 10 istifadə edilmiş eyni nominallı internet kartı gətirən istifadəçi 1 ədəd internet kartı pulsuz qazanır.
10 Dekabr, 2008 AvirTel və Fujitsu Siemens yeni kampaniya təqdim edir:
AvirTel və Fujitsu Siemens Yeni il ərəfəsində yeni bir kampaniyaya start verdilər. İndi Fujisu Siemens noutbuku alan hər bir kəs AvirTel-dən 2 aylıq pulsuz limitsiz ADSL İnternet və pulsuz ADSL modem əldə edəcəkdir. Bu şansı əldə etmək üçün sadəcə paytaxtda və regionlarda yerləşən Siemens-in rəsmi dilerlərinə müraciət edib Siemens noutbuku almaq lazımdır.
1 Dekabr, 2008 AvirTel ATS 491 və ATS 561/562/563 ərazisində genişzolaqlı ADSL xidmətlərinə başladı
Dəyərli abunəçilər! AvirTel şirkəti Respublikanın regionlari ilə yanaşı Bakı şəhəri ərazisində mövcud ATS-lərdə də öz şəbəkə insrastrukturunu genişləndirir və həmin ATS ərazisində yerləşən abunəçilərə İnternetə yüksək sürətli çıxış imkanları yaradır. Artıq ATS 491 və ATS 561/562/563 əhatəsində yaşayan əhali də təqdim etdiyimiz ADSL xidmətlərindən yararlana bilərlər. Əlavə məlumat üçün
434 80 88 nömrəsi ilə əlaqə saxlayın.
4 Oktyabr, 2008 AvirTel öz şəbəkə infrastrukturunu genişləndirir.
Öz əhatə dairəsini günü – gündən genişləndirən AvirTel artıq Bakı əhalisinin böyük bir hissəsinə genişzolaqlı sürətli İnternet xidmətləri təqdim etməkdədir. Biz artıq Bakı şəhərində yeni bir ATS ərazisində də fəaliyyətə başladıq. Səbail rayonu ATS 491 ərazisində yaşayan dəyərli sakinlər sürətli internetdən istifadə etmək üçün bizə müraciət edə bilərlər.
Qeyd edək ki, AvirTel hal-hazırda aşağıdakı ATS ərazilərində fəaliyyət göstərir.
ATS 493/498/598, ATS 494/495/596, ATS 430/431/530, ATS 438/439/510, ATS 432/434, ATS 492/497/437, ATS 568/569/560, ATS 440/441/449, ATS 474/475/476/470, ATS 454/459 ATS 421/422/423, ATS 428/429, ATS 491, Abşeron ATS 442, ATS 409, Sumqayıt ATS 642/644, Gəncə ATS 52, 56, 57, 58, 59, Lənkəran ATS 4, 5, Quba ATS 5
3 Oktyabr, 2008 Azərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılacaq
Azərbaycan Nazirlər Kabineti yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınmasında, informasiya texnologiyalarının inkişafında nanotexnologiyaların həlledici rolunu nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzdində dövlət büdcəsindən maliyyələşdirilən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması barədə qərar qəbul edib. Sənədə əsasən, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinə bir ay müddətində Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsinin layihəsini, struktur və ştat sayı barədə təkliflərini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edilməsi barədə tapşırıq verilib. Qeyd edək ki, qərarın tam mətni ilə RİTN-in portalının “huquqi sənədlər” bölməsində tanış olmaq olar.