04 Dekabr 2009 AvirTel və I Milli İnternet Forum Bu gün “LandMark” Biznes Mərkəzinin “Rotnda” zalında I Milli İnternet forum öz işini bitirdi. Forumun qonaqları sırasında dünyada tanınmış şirkətlərin Azərbaycandakı nümayəndələri, və İKT sahəsində tanınmış yerli şirkətlər iştirak etmişdir.
Forumda Azərbaycanın internet sahəsinin; internetdə sosial servislər, İnternet-radio, İnternet –TV, mobil internet kimi sahələrin inkişafı yolları müzakirə olundu.
Forumun təşkilatçıları bildirdilər ki, Forum öz işini ən aktual və gündəmdə olan məsələlər üzərində qurmuşdur. Hər kəs belə bir fikir meydanını çoxdan gözləyirdi. AVİRTEL şirkəti də Forumun rəsmi qonağı və iştirakcısı olmuşdur. Şirkət öz tərəfindən Forumun təşkilatçılarına və iştirakçılarına gələcəkdə uğurlar diləmişlər.
28 Noyabr 2009 AvirTel öz abunəçilərinin bayramına bayram qatmaqda davam edir. Belə ki, Şirkət bu gündən etibarən ADSL İnternet tariflərində dəyişikliklər etdi. Bununla da mövcud abonentlərimiz yeni tarif planına uyğun olaraq artıq abunə olduqları İnternet paketinə uyğun ikiqat sürətlə İnternetə qoşula biləcəklər. Təmiz sürətdən indi ikiqat daha artıq faydalana bilərsiniz.
Sizə bu bayram ərəfəsində sürətli İnternetlə maraqlı istirahət arzulayırıq. Qurban Bayramınız Mübarək!!! Yeni Tarif Planı ilə Burada tanış ola bilərsiniz.
26 Noyabr 2009 “Pulsuz İnternet”iniz Xeyirli olsun! AvirTel MMC şirkəti Azərbaycan Xalqının Qurban Bayramını təbrik edir .Bu münasibətlə bütün müştərilərimizə və Dial-Up istifadəçilərinə “Pulsuz İnternet” aksiyasını təqdim edirik.
Aksiya 28 noyabr 2009-ci il: Elimler Akademiyası, Sahil, İçərişəhər, Əhmədli, Gənclik Metro Stansiyaları ərazilərində keçiriləcək ki, burda “İnternet Sizə Qurban” adlı kartlar hər birinizə hədiyyə olunacaq. Bu kartlar sizə Bayram günlərinizi Avirtel xidməti və diqqəti sahəsində daha maraqlı, səmərəli və töhvəli keçirməyinizi təmin edəcək. Qurban Bayramınız Mübarək!!!
11 Noyabr 2009 Əhatə dairəmiz genişlənir! AvirTel MMC hal-hazırda regionlarda göstərdiyi sürətli İnternet xidmətlərinin kəmiyyət və keyfiyyəti etibarilə ölkə üzrə birincilərdəndir. Bu hər birimizə böyük bir qürur verir.
Bununla belə yüksək texnologiyalar (hi-tech) sahəsində zaman məfhumunun olmaması və sektorun dinamik inkişafı bizi daha rəqabətədavamlı fəaliyyətə sövq edir. Eyni zamanda regionların sürətli İnternet xidmətlərinə çıxışının təmin edilməsi bizim fəaliyyətimizdə prioritet təşkil edir.
Bu məqsədlə AvirTel 6 yeni region ərazisində Dial- Up İnternet xidməti ilə yanaşı sürətli ADSL İnternet xidmətlərinin də tətbiqinə başladı. Bakı və Bakıətrafı ərazilərlə yanaşı artıq yeni rayonlar da sürətli ADSL İnternetə keyfiyyətli çıxış əldə edə biləcəklər. Bu rayon mərkəzlərinə Şəki, Masallı, Mingəçevir, Xaçmaz, Astara və Şirvan daxildir. Mövcud ayın sonuna qədər bu rayonlarda texniki işlərin yekunlaşması gözlənilir.
Qeyd edək ki, AvirTel artıq 2 ildir ki, Abşeron, Sumqayıt, Gəncə, Quba və Lənkəranda sürətli İnternet xidmətləri göstərməkdədir.
Yeni əhatə dairəsi ilə Bakı şəhəri və 11 rayon mərkəzində Sizinləyik!
09 Noyabr 2009 AvirTel MMC 15- ci Bakutel Yubiley Sərgisində iştirak etdi. 2009-cu il 04 -07 Noyabr tarixlərində keçirilən Bakutel Sərgisində AvirTel MMC uğurla iştirak etdi. Sərgidə Şirkət sürətli İnternet xidmətləri, 088 Toll Free xidməti, təhlükəsizlik kameraları və digər texnoloji həllərlə yanaşı yenilik olan Powerline Adapterlerinin də tanıtımını etdi. Qeyd edək ki, bu modemlər elektrik xətti üzərindən 200 MB.s –yə qədər sürətlə İnternet trafiki ötürmək qabiliyyətinə malikdir. Medianın və sərgi iştirakçılarının diqqətini cəlb edən bu avadanlıq yaxın zamanlarda ictimaiyyətə daha da geniş şəkildə təqdim ediləcəkdir.
Eyni zamanda qabaqcadan planlaşdırıldığı kimi sərgidə AvirTel İnternet kartları hədiyyə şəklində internet istifadəçilərinə təqdim edildi.
02 Noyabr 2009 AvirTel MMC 15-ci Bakutel Telekommunikasiya Sərgisində iştirak edəcəkdir. Hörmətli abunəçilər və saytımızın ziyarətçiləri
Nəzərinizə çatdırırq ki, AvirTel MMC hər il olduğu kimi bu ildə İTECA Caspian MMC tərəfindən təşkil edilən Bakutel Telekommunikasiya sərgisində iştirak edəcəkdir. Sərgi zamanı şirkət öz xidmət və məhsullarını istifadəçilərə təqdim etməklə yanaşı, eyni zamanda uduşlu lotereya da keçirəcəkdir. Uduşlar AvirTel-in müxtəlif nominallı İnternet kartları olacaqdır.
4-7 Noyabr tarixlərində H. Əliyev adına İdman və Sərgi Kompleksində keçiriləcək Bakutel sərgisində hər birinizin yolunu gözləyirik.
04 Iyul, 2009 AvirTel MMC öz Diler şəbəkəsini genişləndirir Sərbəst Distribyutorların Nəzərinə:
AvirTel MMC Xırdalan şəhəri ərazisində Dial-Up İnternet kartlarının paylanması və satışının təşkili məqsədilə Distribyutorları əməkdaşlığa dəvət edir. Əməkdaşlıq üçün distribyutorların VÖEN-ə malik olması və satış və distribyusiya sahəsində təcrübə tələb olunur.
Eyni zamanda Bakı şəhəri ərazisində çalışan distribyutorlar da əməkdaşlığa dəvət olunurlar.
Satış şərtləri və digər məsələlərlə bağlı ofisimizə yaxınlaşaraq məlumat ala bilərsiniz.