28 Yanvar 2010 AvirТel-in Yeni ildə Yeni ADSL Əhatə Dairəsi Hörmətli Abunəçilər! AvirTel MMC Bakıətrafı ərazidə sürətli ADSL İnternet xidmətinin əhatə dairəsini genişləndirməyə davam edir. Nəzərinizə çatdırırıq ki, artıq Mərdəkan qəsəbəsi ATS 454/ 459 ərazisində yaşayan dəyərli sakinlər də sürətli İnternet xidmətlərindən faydalana bilərlər. Bununçün sadəcə AvirTel MMC-nin 434 80 88 nömrəli telefonu ilə əlaqə saxlayaraq xidmətə qoşulma istəyinizi bildirmək yetərlidir ki,
hər biriniz İnternet istifadəciləri sıralarına qoşulasınız.
19 Yanvar 2010 20 YANVAR Avirtel şirkəti 20 yanvar faciəsinin 20-ci ildönümü münasibətilə Azərbaycan Xalqina və şəhid olanlarin ailələrinə dərin hüzünla baş sağligi verir və yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad etmə arsiyasına qoşularaq öz kədərini bildirir.
ALLAH RƏHMƏT ELƏSİN. QƏBİRLƏRİ NURLA DOLSUN.
25 Dekabr 2009 ADSL abuneçilərinin aylıq ödəmə muddeti +5 gün uzadıldı! Hörmətli ADSL İnternet Xidmətinin Abunəçiləri!
Nəzərinizə çatdırırq ki, 2010-cu ildə Bayram günlərinin nəzərə alaraq ADSL abunə haqqı ödəmələri yanvar ayının 10-na qədər uzadılmışdır. Bu tarixə qədər ödəmə etməyən abunəçilərin İnternet xəttləri yanvar ayının 11-də bağlanacaqdır. Hamınıza xoş istirahət və mənalı bayram arzusu ilə.
AvirTel
24 Dekabr 2009 Yeni İliniz Mübarək! “AvirTel” Şirkətinin rəhbərliyi və bütün kollektivi Sizi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə ürəkdən Təbrik Edir!
Yeni ildə həm şəxsi həyatınızda, həm də işinizdə yeni - yeni nailiyyətlər arzu edirik.
Qoy bu Yeni 2010-cu il hər birinizə uğur gətirsin!
Bayramınız Mübarək!!!
22 Dekabr 2009 Hörmətli İnternet kart İstifadəçiləri! Nəzərinizə çatdırırq ki, AvirTel MMC-nin köhnə nominallı kartlarına şamil olunan “10+1 KAMPANİYASI” 31 dekabr 2009-cu ildən qüvvədən düşür. Bu tarixə qədər istifadə olunmuş eyni nominallı 10 AvirTel kartını təhvil verməklə 1 yeni AvirTel kartı hədiyyə ala bilərsiniz.
Yeni nominallı İnternet kartlarında isə artıq AvirTel gecə 24-dan səhər 09-a qədər tam pulsuz istifadə etmək imkanı yaradıtmışdır.
21 Dekabr 2009 AvirTel yaxşıların yaxşısına pulsuz “Toll Free” xidməti sahəsində danışıq imkanını yaratdı. Budur, ilin sonuna çox az vaxt qalıb. Hər bir şirkət il ərzində əldə etmiş nailiyyətlər və yeni ildə isə yeni zirvələr haqqında düşünür. İli uğurla tamamlayan şirkətlərsə daha da məhsüliyyətli olurlar, çünki üzümüzə gələn ildə daha da uğurlu olmaq məcburiyyətindədirlər. Şirkətin uğurunun biznes aləmində qəbul və qeyd edilməsi isə çox xoş haldır.
19 dekabr 2009-ci il tarixində möhtəşəm Gülüstan sarayında “CONSULTING & BUSINESS” jurnali tərəfindən təşkil olunmuş “2009 cu il. İlin şirkəti” mükafatin təqdimatı keçirildi. Bu mükafat Azərbaycanda iqtisadiyyatin müxtəlif sahələrində mühüm nəticələr əldə etmiş, biznesin inkişafı və yaradılması, ölkənin dünya iqtisadiyyatına inteqrasiyası üçün calışan şirkətlərə təqdim olunur. Qalib qəlmiş şirkətlərə Avirtel MMC yeni il tövhəsini etdi. Mükafatı qazanan 29 şirkətə Avirtel MMC 088 “Toll Free” nömrələrini hədiyyə edərək bir “AvirTel” xidməti nəticəsində biznes sahiblərinə 2010 - ci ildə daha yüksək zirvələri fəth etmələrini arzuladı.
Şirkətin Baş Direktoru tədbirdə iştirak edərək bildirdi: “Bir şirkət olaraq bu çür mərasimlərin keçirilməsini dəstəkləyirik, çünki biznes sahiblərinə və onların fəaləyyətlərinə olan diqqət hər birimizi ilhamlandırır. Bütün bunları nəzərə alaraq bizdə öz tərəfimizdən bu gün hər birinizə tövhəmizi etmək istədik ki, üzümüzə gələn ildə şirkətlər daha da əzmli olsunlar.”
08 Dekabr 2009 AvirTel-dən Yeni İl Hədiyyəsi – Pulsuz İnternet Müasir cəmiyyətimizin ayrılmaz bir hissəsi olan informasiya texnologiyaları və onun əsasən elementlərində İnternet artıq zərurətə çevrilmişdir. Xüsusən də sürətli İnternet xidmətlərinin keyfiyyəti ilə yanaşı qiymətinin də münasib olması hər bir abunəçi üçün vacibdir. Bunu nəzərə alaraq AvirTel Sizlərə misli görünməmiş YENİ İL HƏDİYYƏSİ təqdim edir!!!
Belə ki, AVIRTEL MMC YENI İL ƏRƏFƏSINDƏ HƏR BIRINIZƏ 1Mbps SÜRƏTLİ İNTERNETƏ PULSUZ QOŞULMAQ ŞANSI VERIR!!!
Bununçün sadəcə AvirTel MMC –nin H. Zərdabi küç, 574 ünvanında yerləşən ofisinə yaxınlaşmaq tələb olunur.