AvirTel LTD - Yüksək sürətli internet qoşulmaları, ADSL texnologiyası, DialUp kartlar, İnternet təhlükəsizlik kameraları, Mini ATS-lər
AvirTel LTD
ADSL və DİAL-UP Balansın onlayn statistikası
Login:
Şifrə:
 
Ana səhifəMəktub yaz
AzərbaycancaEnglishРусский

NAVİQASİYA
Daim verilən suallar
Daim verilən suallar
İnternet təhlükəsizlik kameraları
Mini ATS Sistemləri
Xəritə və əhatə dairəsi
Foto qalereya
Satış və ödəmə məntəqələri
Diler şəbəkəsi
Toll Free
Daim verilən suallar
ADSL Əhatə dairəsi

      Bakı şəhəri üzrə:

  • ATS 430/431/530

  • ATS 440/441/449/541

  • ATS 494/495/596/597

  • ATS 493/498/598

  • ATS 437/492/497

  • ATS 438/439/510/537

  • ATS 421/422/323/520

  • ATS 561/562/563

  • ATS 491

  • ATS 432/433/434/533

  • ATS 560/568/569/513

  • ATS 428/429

  • ATS 370/374/375/376/570

       Regionlar üzrə :

  • Xırdalan 341/342/346/349

  • Sumqayıt ATS 648/656/657
    642/644/652
    654/655

  • Gəncə 52/55/56/57/58/59/64/65

  • Lənkəran 4/5

  • Quba 5

  • Masallı 5

  • Şirvan 5

  • Xaçmaz 5

  • Mingəçevir 3/4

  • Şəki 4

  • Salyan 5

  • Biləsuvar 5

  • Sabirabad 5

  • İmişli 6

  • Xudat 5

  • Qusar 5

  • Şamaxı

  • İsmayıllı

  • Qəbələ

  • Oğuz

  • Zaqatala

  • Balakən

  • Ağdaş

  • Göy-Çay

  • Göy-Göl

  • Kürdəmir

  • Yevlax
  • Bərdə

  • Şəmkir

  • Tovuz
  • Qazax

 

ADSL Ayarları
  • Bağlantı növü: PPPoE
  • VPI: 0
  • VCI: 33
  • MTU: 1492
  • Username: Tel. nömrə
  • Password: Tel. nömrə
  • DNS 1: 85.132.54.10
  • DNS 2: 85.132.55.10
  • DNS 3: 85.132.56.10

29 Aprel 2010
AvirTel və Baku Electronics-dən inanılmaz kampaniya.

Dəyərli Kompüter Alıcıları və İnternet istifadəçiləri!
Sizə bir müjdəmiz var!
AvirTel və Baku Electronics sizə çox gözəl bir şans verir!
AvirTel-in təqdim etdiyi sürətli İnternet xidmətindən PULSUZ istifadə edin!
İndi Baku Electonics-in Bakı və Sumqayıt şəhəri ərazisində yerləşən bütün mağazalarında istənilən marka komputer və ya noutbuk alarkən siz dərhal AvirTel tərəfindən pulsuz ADSL İnternetlə təmin olunacaqsınız.
Sadəcə ən yaxın Baku Electronics mağazasına baş çəkib sərfəli şərtlərlə komputer və ya noutbuk almaqla AvirTel tərəfindən Sizə təqdim olunan bu fürsətdən yararlana bilərsiniz.

19 Mart 2010
Hörmətli abunəçilər

Əsrlər boyu xalqımız martın 20,21,22 – ni yazın gəlişini, Novruz bayramını təntənə ilə qeyd edir. Novruz bayramı yeni astroloji ilin gəlişinin mujdəçisidir. Bu bayram özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan, adət-ənənələrlə zəngindir. Novruz bayramı böyük böyük mənəvi gücə malik olmaqla  insanlar arasında qarşılıqlı dostluq, səmimiyyət hisslərini daha da gücləndrir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır. AvirTel şirkəti sizi Novruz bayramı münasibəti ilə sizi ürəkdən təbrik edir və xalqımıza əmin amanlıq və xoş günlər arzulayır. Nəzərinizə çatdırırıq ki, Novruz Bayramı ilə əlaqədar olaraq Mart ayının 20 və 21-i tarixlərində AvirTel MMC ofisi işləməyəcəkdir . Mart ayının 22-dən etibarən 24 saatlıq tam iş rejimi yenidən bərpa olunacaqdır.

Hər birinizə gözəl bayram və xoş istirahət arzulayırıq.

08 Mart 2010
Hörmətli Xanımlar!
AvirTel Şirkəti Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi ürəkdən təbrik edir. Sizin hər biriniz təkrarolunmaz və gözəlsiniz. Siz Yer kürəsinin ən zərif məxluqlarısınız. Siz – uğrunda həm yaşamağa və həm də ölməyə dəyən yeganə varlıqlarsınız. Səmimi qəlbdən hər birinizə dərya qədər qadın xoşbəxtliyi və kainat qədər sevgi arzu edirik!
Qoy ömrünüzün hər dəqiqəsi parlaq və maraqlı olsun. Qoy bütün həyatınız sevgi və qayğı ilə əhatə olunsun!

Bayramınız Mübarək, Əziz Qadınlar!

26 Fevral 2010
XOCALI – tariximizin qanlı yadaşı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində amansız soyqırım aktı həyata keçirilmişdir. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
yaşlılar - 70 nəfər;
8 ailə tamamilə məhv edilmişdir;
25 uşaq hər iki valideyninin itirmişdir;
130 uşaq valideynlərindən birini itirmişdir;
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür:
150 nəfər İtkin düşmüşdür:

Bunlar unudulmamalıdır!!!

Avirtel MMC 25 fevral XOCALI faciəsinin 18-ci ildönümü münasibətilə Azərbaycan Xalqina baş sağligi verir . Allah Rəhmət Eləsin.


22 Fevral 2010
“AvirTel” MMC - 2009 İlin İnternet Provayderi.
Hörmətli Abunəçilər!
Yola saldığımız 2009-ci ildə “AvirTel” MMC saysız-hesabsız uğurlara imza atıb. Bu gün xidmət sahəsi olduğumuz telekomunikasiya sektorunda sağlam rəqabət mühiti formalaşıb. Öz fəaliyyətimizlə liderlar sırasına daxil olmaq qərarındayıq və buna nail olmaq üçün müxtəlif əhamiyyətli layihələr həyata keçirmişik.
Geniş zolaqlı simli və simsiz İnternet xidmətini regionlardaki texniki işlərin tamamlanması bu iddiamızı dəstəkləyir. Artiq 11 rayon genişzolaqlı İnternet xidmətinə qoşulub. Öz sahəmizdə yeganə şirkətik ki, yeniliklər bizim amalımızdır. Daha bir yenilikçi layihə “Toll Free” xidmətidir. “Toll Free” müvəffəqiyyətli marketing və uğurlı reklam strategiyasının qurulmasında əsas elementi kimi istifadə olunur.

Bütün bu innovativ və qabaqcıl texnologiyaların tətbiqi sayəsində “AvirTel” MMC “Bussines Time” jurnali tərəfindən 20 fevral 2010-cu il möhtəşəm Buta sarayında keçirilmiş “Azeri Business Awards 2009” Biznes sahəsində Milli Mükafatın təqdimatında «2009 İlin İnternet Provayderi» adına layiq görülüb. “AvirTel” MMC mükafata layiq görülmüş digər 40 şirkətə 088 “Toll Free” nömrələrini hədiyyə edib.

17 Fevral 2010
İnternet Xidmətlərin On-layn ödəmə servisi -Çevik, Asan və Qənaətli.
Hörmətli Abunəçilər!
Vaxt-puldur! Dəyişən dünyanın artan tələblərinə cavab vermək üçün bir çox hallarda vaxtımız çox məhduddur və biz onu maksimum qənaətlə sərf etməyə çalışırıq. Məhz bu amil sürətlə inkişaf edən elektron ödəmə sistemlərinin qurulmasını qaçılmaz edir, eyni zamanda onların yüksələn xətlə inkişafına imkan yaradır. Elektron pul köçürmə sistemləri on-layn ödəməni günün istənilən vaxtında həyata keçirməyə imkan verir.
Bunu nəzərə alaraq AvirTel MMC öz abunəçilərinin rahatlığını təmin etmək məqsədilə Golden Pay on-layn ödəmə servisinin tətbiqinə başlayıb. Golden Pay sistemi AvirTel-lə Silver Key şirkətinin birgə xidmət layihəsidir. Bu sistem abunəçilərimizin onlayn rejimdə çevik ödəmə prosesini həyata keçirməyə imkan verir. Bunun üçün abunəçilərdən www.avirtel.az veb saytına daxil olaraq ödəmə xidmətini seçməklə ödəmə səhifəsinə keçid almaq tələb olunur. Göstərilmiş xanalarda tələb olunan məlumatı qeyd etdikdən sonra ödəniləcək məbləğin ödəmə kartınızdan AvirTel-in bank hesabına keçirilməsi üçün cəmi 3 dəqiqə vaxt tələb olunur. Bu da sizin həm vaxtınıza qənaət, həm də yaxınlaşan ödəmə vaxtının həyəcanını daha xoş yaşamaq imkanı yaradır.

Hər bir abunəçimizi bu sistemdən faydalanmağa dəvət edirik!

12 Fevral 2010
AvirTel-dən Güzəştli ADSL İnternet – Bu Bayram Sevgilinizə Ən Gözəl Hədiyyəniz olacaqdır!!!
Əziz Gənclər, Sevib - Sevilənlər və Özünü Gənc Hiss Edənlər!
Amerika Telekommunikasiya şirkətinin regional nümayəndəliyi olaraq Sizləri 14 fevral – Əziz Valentin Günü münasibəti ilə təbrik edir və “Sevgilim” Tarif Paketini təqdim edirik.

AvirTel MMC “Sevgilim” Tarifi çərçivəsində 512 kbps – 2048 kbps tariflərinə 50% güzəşt elan edir!!!


512 Kbps = 12,50 manat
768 Kbps = 14,50 manat
1024 Kbps= 17,50 manat
1536 Kbps = 23,00 manat
2048 Kbps = 27,50 manat

Tələsin! Aksiya 21 fevral 2010-cu il tarixinə qədər davam edəcək.

Bütün sürətlərdə modem 3 aylıq kreditlə verilir.

Qeyd: Kampaniya bütün sevən və sevilənlərə şamil edilir.
Zərif Hisslərinizi yüksək sürətimizə etibar edin!!!

 1  2  3  4  5

@ WebMail
Login:

(ex: login@avirtel.az)
Şifrə:
 
Online Ödəmə
Online öd?m?
AvirTel Facebook-da
Online öd?m?

Sürətini Yoxla

İnternetin real qoşulma sürətini yoxlayın
Banner


Partnyorlar
Reklam




Mukafatlar

Mukafatlar,Medallar,Diplomlar nealiyyetler

 
 
 

 Copyright AvirTel LTD 2000-2010 ©