ADSL sözünün mənası Asimetrik Rəqəmsal Abunəçi Xətti deməkdir. Bu adi mis telefon məftilləri (bəzən ikili cütlük də deyilir)
vasitəsilə genişzolaqlı şəbəkə xəttini təmin etməyə imkan verir.
Genişzolaqlı şəbəkə ümumi anlayış olub mənası çox miqdarda verilənləri yüksək sürətlə ötürmək qabiliyyətinə malik əlaqə deməkdir.
İnternetə qoşulanda bu məlumatın adi modem və ya darzolaqlı əlaqəyə nisbətən sürətlə ötürülməsinə imkan verir.
Bu xidmət ev və iş yeri üçün eyni cür nəzərdə tutulubmu? Bu xidmət ev və iş yeri üçün eyni cür nəzərdə tutulubmu?
Bəli, iki cür ADSL xidməti var:
Ev və kiçik ofislər üçün bu rahatdır.
Müəssisələr və orta- həcmli firmalar üçün əlverişlidir.
Mən ADSL modemi yaxud marşrutlayıcını üçün ayrıca almalıyam? Mən ADSL modemi yaxud marşrutlayıcını üçün ayrıca almalıyam?
Bəli. Tək computer qoşulması üçün, modem lazımdır. Çoxsaylı computer qoşulmaları üçün isə marşrutlayıcı tələb olunur.
AvirTel bütün sürətlər üçün pulsuz DSL modem təqdim edir.
Mənim kompüterimə hansı növ qoşulma lazımdır? Mənim kompüterimə hansı növ qoşulma lazımdır?
Modemlə olduqda sizə USB Port, marşrutlayıcı ilə isə Ethernet Port lazım olacaq.
Mənim kompüterim üçün hansı minimum göstəricilər lazımdır? Mənim kompüterim üçün hansı minimum göstəricilər lazımdır?
Sizin kompüterinizin ən azı Pentium 3 prosessor və 28 mega RAM olması gərəkdir.
Məsafə problem yarada bilərmi? Məsafə problem yarada bilərmi?
Bəli. Xidmət yalnız ATS-dən 7 km məsafədə yerləşən müştərilərə verilə bilər.
Əlaqə nisbəti nədir? Əlaqə nisbəti nədir?
Genişzolaqlı şəbəkə AvirTel Şəbəkəsi vasitəsilə istifadəçilər arasında paylanır. Paylama dərəcəsi əlaqə nisbəti adlanır.
Bu xidmət üçün yeni xətt lazımdırmı? Bu xidmət üçün yeni xətt lazımdırmı?
Xeyr. ADSL sizin mövcud xəttinizin üstündə veriləcək və bu da adi qaydada hesablanacaq. Ayrıca genişzolaqlı şəbəkə xətti və kirayə
haqqı bizim xidməti təmin etmək üçün istifadə etdiyimiz əlavə avadanlığa aid olacaq.
Mənim telefon xəttim bu zaman boş olacaqmı? Mənim telefon xəttim bu zaman boş olacaqmı?
Bəli, ADSL siqnal sizin adi telefon xəttinizin “üzərindən” gedir və beləliklə də siz internetde olduğunuz zaman zəng edə, yaxud faks göndərə bilərsiniz.
Genişzolaqlı şəbəkə ISDN-ə nisbətən daha yaxşıdır? Genişzolaqlı şəbəkə ISDN-ə nisbətən daha yaxşıdır?
Belə deməzdim. Genişzolaqlı şəbəkə ISDN-ə nisbətən daha sürətlidir, amma bu paylanır, ancaq ISDN daimi sürətli dial-up əlaqəsidir.
Ümumiyyətlə, ISDN daha kiçik xəttdir, lakin ADSL daha geniş xəttə malikdir və daha yüksək şəkil ötürücüsü təklif edir. ISDN-ə nisbətən
ADSL ilə məlumatı daha tez göndərmək olar, amma istifadə ötürülən məlumatın həcmindəmn asılıdır.
Bəs təhlükəsizlik haqqında nə deyə bilərsiniz? Bəs təhlükəsizlik haqqında nə deyə bilərsiniz?
İnternetə daxil olmaq üçün sizin istifadəçi adınız və şifrəniz olmalıdır. Amma hətta sizin dinamik IP ünvanınız olsa siz bir dəfə
qoşulmaqla dünyaya çixiş əldə edirsiniz. Beləliklə siz brandmauzer yükləyə bilərsiniz.
ADSL-ə qoşulmaq üçün nə etməliyəm? ADSL-ə qoşulmaq üçün nə etməliyəm?
Zəng edin
Daha ətraflı məlumat əldə etmək üçün 434-80-88 yaxud 088 AVIRTEL nömrəsinə zəng edə bilərsiniz.