SNOM
Almaniya şirkəti olan Snom Technology AG müəssisələrin kommunikasiya həlləri üçün açıq standartlar əsasında VoIP telefonları istehsal edən yenilikçi şirkətdir.
Snom telefonları SIP-i (Sessiya başlama protokolu) dəstəkləyən bir sıra müvafiq IP-PBX sistemləri ilə işləyə bilər. Bu da müştərilərə təşkilatlarının kommunikasiya sistemləri üçün böyük seçimlər təqdim edir.
Öz yüksək keyfiyyəti, müştəri tələblərinə uyğunlaşdırılması və sərfəli biznes həlləri ilə tanınan Snom VoIP sənayesində uzunmüddətli təcrübəyə əsaslanır və yüksək təhlükəsizlik standartlarına cavab verir. Avadanlıqlar ev istifadəsindən tutmuş kiçik, orta bizneslərə və böyük korporasiyalara qədər bütün biznes sahələrində istifadə üçün yararlıdır. Snom təhlükəsizlik, funksionallıq, davamlılıq və keyfiyyətə böyük əhəmiyyət verir.
Avirtel SNOM-un Azərbaycandakı eksklüziv tərəfdaşıdır.