Avirtel müştərilərə IPTV vasitəsilə yeni televiziya yayımı xidməti təklif edir. Indi müştərilər ev və ofis istifadəsi üçün tam paket televiziya yayımı xidməti əldə edə bilərlər. IPTV müştərilərə sadəcə televiziya yayımı xidməti deyil, həmçinin rabitənin yeni vasitələrindən yararlanmaq imkanı verir. IPTV sistemi ilə ofis şəraitində video məzmunlu yüzlərlə televiziya kanalını şəbəkəyə qoşulmuş televizor, kompyuter və planşetlərdə izləmək imkanı var.
Analoq TV ilə müqayisədə IPTV-də təsvirin və səsin daha yüksək keyfiyyətli olması kimi üstünlükləri var. Analoq siqnalı retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən təhrif olunur, rəqəmsal yayımda isə bu hal baş vermir. Avirtel şirkətinin göstərdiyi IPTV xidmətinin özəlliklərindən biri onun yalnız ADSL və Fiber Optik xidmətləri vasitəsilə abonentə ötürülməsidir. Hal-hazırda xidmət vasitəsilə 130-a qədər rəqəmsal TV kanalın yayımı həyata keçirilir.