Fiber Optik istifadəsi daha uzaq məsafələrə daha sürətli məlumat ötürülməsini təmin edir. Fiber optik kabelləri internetdən eyni zamanda böyük həcmdə məlumat ötürmə imkanına malikdir və bu xidmət abonentləri daha sabit və sürətli İnternetlə təmin edir. Fiber Optik xidmətinə qoşulma ayrılmış xətt vasitəsilə təmin edilir.
Avirtel korporativ və fərdi müştərilər üçün 100 Mbps və daha artıq sürətlə səmərəli fiber optik internet xidmətləri təqdim edir. AvirTel özünün regional şəbəkəsi sayəsində bütün ölkə ərazisində fiber optik üzərindən sərfəli şərtlərlə internet xidmətləri təqdim etmək iqtidarındadır.