FAQ
Toll Free nömrəsi nədir?
Toll Free 088 prefiksli telefon xidmətidir. Toll Free nömrələrinə zəng edənlər fərdi şəxslər və yaxud təşkilatlarla tamamilə pulsuz əlaqə yarada bilər. Toll Free nömrəsindən istifadəyə görə ödənişi zəng edən tərəf deyil, Toll Free abunəçisi ödəyir.
Toll Free nömrəsi necə görünür?
Nömrə 088 prefiksi ilə başlayır və 7 rəqəmli nömrədən ibarət olur.
Toll Free nömrələr hansı məqsədlə istifadə oluna bilər?
Toll Free nömrəsi istifadəçilərin texniki dəstək, sifariş, tədqiqat xidməti, prosessinq mərkəzi, regional nümayəndəliklərin və əməkdaşların işinin idarə olunmasında, TV-satış işində, çağrı mərkəzlərində və bir çox digər sahələrdə istifadə oluna bilər.
Xidmətə qoşulmaq üçün hansı sənədlər tələb olunur?
Fiziki şəxslər üçün şəxsiyyətini təsdiq edən sənəd və müqavilə bağlamağa gələn şəxsin sənədi, hüquqi şəxslər üçün isə şirkətin rəsmi məlumatları, məsul şəxsin imzası və şirkətin möhürü tələb olunur. Bunların əsasında abunə müqaviləsi bağlanır.
Nömrəni necə sifariş vermək olar?
Sifarişçi öz istəyinə uyğun bir nömrə seçərək (məsələn, özünün şəhər telefon nömrəsinin, digər mobil operator nömrəsinin eynisi və ya şirkətin adına uyğun hərflərlə) http://avirtel.az/ vebsaytında onlayn müraciət edərək, baş ofisə yaxınlaşaraq və ya regional nümayəndələrimizə müraciət edərək müraciət edir.
Toll Free nömrəsinin qiyməti nə qədərdir?
Nömrənin qiyməti rəqəmlərin kombinasiyasına görə dəyişə bilər. Qoşulma haqqı pulsuzdur. Abunəçi hər ay abunə haqqı və istifadə etdiyi danişiq dəqiqələrinin qiymətini ödəyir.
Nömrəni öz istəyimə uyğun sifariş verə bilərəmmi?
Bəli,əgər nömrə artıq sifariş edilməyibsə. Nömrə, sizin mövcud mobil, şəhər nömrənizin eynisi və yaxud istədiyiniz rəqəm kombinasiyası ola bilər.
Avirtel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün nə etmək lazımdır?
Avirtel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün şirkətin baş ofisinə və ya regional nümayəndəliyə yaxınlaşaraq 1 ay əvvəldən ərizə ilə müraciət etmək lazımdır.
Toll Free nömrəsi iki nömrəyə yönləndirilə bilərmi?
Bəli, amma bu halda zəng bir nömrədə qəbul olunur. Birinci abunəçi məşğul olan, ona zəng çatmayan, zəngə cavab vermədiyi zaman başqa nömrəyə yönləndirmə xidmətini aktiv etmək olar.
Fərqli istiqamətlərdən gələn zənglər üçün tarifə uyğun qiymətlər necə deyişir?
Mobil operatorlar, stasionar telefonlar, xarici ölkələr, regionlar üzrə tarif planları fərqli olur. Tariflər haqqında ətraflı məlumatı şirkətin www.avirtel.az saytlndan əldə edə bilərsiniz.
Toll Free nomrəsindən istifadə üçün ödənişi hansı üsulla edə bilərəm?
Cari ayin sonunda təqdim olunacaq hesab-faktura əsasında bizim bank hesabımıza, şirkətin baş ofisinə və ya hər hansı nümayəndəsinə yaxınlaşaraq öyrənə bilərsiniz