VoIP
Hər bir şirkətə əməkdaşları, müştəriləri və tərəfdaşları ilə daha səmərəli əlaqələr qurmaq və əməkdaşlıq etmək üçün etibarlı, çevik və təhlükəsiz rabitə vasitələri tələb olunur.
İP telefoniya İnternet Protokol üzərində səs və məlumat trafikini birləşdirməklə şirkətlərə ünsiyyət və əməkdaşlıq üçün alternativ rabitə imkanı təklif edir. Bu gün İP telefoniya xidmətinə dünyada daha çox tələbat yaranıb, çünki bu rabitə vasitəsi insanlar üçün daha qənaətli və sürətli ünsiyyət vəd edir.
Zaman keçdikcə daha çox şirkət VoİP sistemi quraşdırır və bu texnologiya kütləvi hal olaraq artıq evlərimizə yol açmaqdadır. VoİP xidmətini seçən fərdi müştərilər üçün ən böyük fayda münasib qiymət və sadə istifadə qaydasıdır.
Bizim VoIP xidmətlərimizə aşağıdakılar da daxildir:
- Hosted PBX;
- Konfrans zəng;
- Danışıq kartları;