IT Outsourcing
Bu günün rəqabətli mühitində şirkətlərin əksəriyyəti idarəetmə və səmərəlilik baxımından effektiv olmaq üçün ən azı IT işlərinin bir hissəsini outsource edirlər. Əvvəlcədən öz xərclərini yaxşı bildiklərinə görə bu iş kiçik şirkətlər üçün çox sərfəlidir. Digər tərəfdən böyük şirkətlər də öz resurslarını strateji işlərinə sərf edərək bu xidmətdən səmərəli istifadə edə bilərlər.
Outsourcing-in əsas göstəricilərindən biri daha sərfəli olmasıdır. Outsourcing getdikcə daha kompleks şəkil aldığına görə vahid qiymət modeli artıq real səslənmir. Bu məqsədlə də biz Avirtel olaraq təşkilatların büdcəsinə və maliyyə dövriyyəsinə uyğun qiymətləndirmə modelləri arasında seçə biləcəkləri aşağıdakı versiyaları tərtib etmişik:
- Sabit qiymət
Sabit qiymət modelində qiymətlər layihənin lap başlanğıcından müştəri və Avirtel arasında razılaşdırılır. Bu, dəqiq məqsədi və sabit tələbləri olan layihələr üçün ideal versiyadır.
2. Zaman və materiallar
Adından da göründüyü kimi Zaman və Material modeli layihənin sonuna qədər sərf olunan zaman və materiala aiddir. Bu model adətən uzun zaman ərzində tətbiqetmənin yaradılması və saxlanması layihələrində istifadə olunur və aşağıdakı hallar üçün ideal vasitədir.
- Layihənin həcmi və xüsusiyyətləri həmin müddətdə effektiv olaraq qiymətləndirilə bilmədikdə
- Saxlama və dəstəklə bağlı layihələrdə
- Sürətlə inkişafın tələb olunduğu mühitlərdə
Avirtel layihə çərçivəsində müştəri ilə aylıq tariflərlə (saatlıq hesabla) razılığa gələ bilər. Qiymətlər istifadə olunan resursların bacarıq və təcrübəsinə əsaslanır, həmçinin layihə üçün tələb olunan avadanlıq və proqram nəzərdə tutulur.
3. Həvəsləndirici model
Bu, Qarışıq qiymət, Zaman və Material kimi ənənəvi modellərlə birgə istifadə olunan hibrid modeldir. Həvəsləndirici modeldə Avirtel əsas işləri reallaşdırdıqda müştəri əlavə bonus və həvəsləndirici tədbirlər görə bilər ki, bu da müştərinin xeyri üçündür. Belə həvəsləndirici işlər layihənin tez tamamlanmasına, müqavilədə təyin olunan xidmət səviyyələrinin artıqlaması ilə həyata keçirilməsinə gətirib çıxara bilər.
4. İstifadə etdikcə ödə
Avirtel-in təklif etdiyi bu qiymət modeli vahidə əsaslanan qiymət tarifidir. Bu modeldə müştəri aldığı xidmətin vahidinə görə ödəniş edir.
Bu model əsasən müxtəlif tələblərə əsaslanan işləri olan və resurslarının həcmini artırıb-salan şirkətlər üçün daha çox müvafiqdir. Məsələn, müştəri öz saxlama xidmətlərini Avirtel-dən outsource edə bilər. Bu zaman biz müştəridən saxlanılan vahidlərin sayına görə ödəniş alırıq.