AvirLED
LED monitorlar - Siz təyin edin, biz təmin edək!
Avirtel işıq sənayesində aparıcı texnologiya olan LED monitorlar quraşdırma üzrə ixtisaslaşır. Bizim komandamız işıqlandırma sənayesi, istehlakçı elektronikası və İKT sahəsində təcrübəyə malik mütəxəssislərdir. Sahə üzrə çoxillik təcrübəmizə əsasən bizim bazarda keyfiyyətli və peşəkar istehsalçılarla birbaşa əlaqələrimiz və şəbəkəmiz mövcuddur. Biz daşıma üzrə tərəfdaşlarımız sayəsində logistika işlərini anbardan təyin edilmiş yerə qədər vaxtında çatdırılmasını təmin edirik. Tərəfdaşlarımızın məhsulları maksimum funksional və etibarlıdır.
Avirtel-in yüksək səviyyədə təlimatlandırılmış texniki heyəti LED monitorları texniki cəhətdən quraşdırır, nəzarət edir və yaranan problemləri mümkün olan ən qısa zamanda həll edir. Biz LED monitorlar üzrə ən son trendləri izləyir, yerli bazarı tanıyır, hüquqi və keyfiyyətə dair tələbləri araşdırır və müştərilərimizə tam dəstək təmin edirik.