AvirNet
Bu gün Avirtel yerli bazarda qabaqcıl telekommunikasiya xidmətləri təklif edən şirkət olaraq tanınır. Daim innovasiya və yeniliklər təklif edən Avirtel öz müştərilərinin yüksək performanslı biznes strukturlara çevrilməsində əhəmiyyətli rol oynayır. Amerika telekommunikasiya şirkəti Avirtel MMC 2000-ci ildə Cybernet Communications İnc. tərəfindən Kaliforniya ştatının Los-Angeles şəhərində təsis edilib. Şirkət Azərbaycanda texnologiya sahəsində geniş əhatəli fəaliyyət göstərir. Qısa zaman ərzində Avirtel ən dinamik və aktiv şirkətlərdən birinə çevrilməklə İKT sektorunda özünə əhəmiyyətli yer qazanıb. Sahənin dərindən öyrənilməsi, mütəxəssis yanaşması, Amerika telekommunikasiya bazarında uzunmüddətli təcrübə, geniş resurs bazası və yerli bazara dinamik uyğunlaşma sayəsində Avirtel müştərilərinin uğur qazanmasına yardımçı olur.
Yenilənən Avirtel daha dinamik yüksək texnologiyaların tətbiqinə başlayır. Bu yüksək texnologiyalar Azərbaycanın yüksək templə inkişafına yeni bir töhfə olacaq.