İKT məsləhətçilik
Avirtel öz korporativ müştərilərinə informasiya və kommunikasiya texnologiyaları üzrə bir sıra məsləhətçilik xidmətləri təklif edir. Şirkət öz yüksək bacarıqlı və təcrübəli heyəti ilə İKT sahəsindəki 15 illik təcrübəsinə güvənir.
Biz öz peşəkar strategiya, arxitektura, icra və inteqrasiya xidmətlərimizlə sizin şirkətinizin işini asanlaşdıra bilərik. Biz bu xidmətləri bir sıra texnologiyalar, eləcə də mobillik, bulud, IT outsourcing, şəbəkə, kommunikasiya, data mərkəz, son-istifadəçi hesablaması, təhlükəsizlik və davamlılıq kimi çatdırılma modelləri üzrə təmin edirik.